Ümumiyyətlə əksər müəssisələr (şirkət, təşkilat, qurum və s.) fəaliyyətlərinin davamlı olması, yəni daha uzun ömürlü olmaları üçün ətraf mühitdə* baş verən yenilik və dəyişiklikləri nəzərə alır, özlərini yeni mühitə uyğunlaşdırırlar. Yəni özləri də dəyişir. Dəyişməyənlər ya da dəyişə bilməyənlər isə iflas olur və bazardan çıxırlar. Dəyişməyin isə müxtəlif yolları olur, hər müəssisə özünəməxsus formada dəyişiklik yolu seçir. Ancaq ümumi baxanda bu müxtəlif yollar biznes kitablarında 4 qrupda ifadə edilir.