Skip to main content

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər (1)

Sahibkarlığın inkişafında klaster yanaşması

Dünyadakı qlobal rəqabət şəraitində kiçik və orta sahibkarlığın (KOS) ayrılıqda rəqabətə davamlılığını təmin etmək, o cümlədən, xammal əldə etmə, istehsal prosesində yenilik tətbiq etmə, marketinq, məhsulların bazara çıxarılması və s. mövzularda çətinliklərinin aradan qaldırılması olduqca çətindir.

İnkişaf səviyyəsindən asılı olmayaraq bir çox ölkələrdə kiçik və orta sahibkarlığın artan rəqabət şəraitində yeniliklərlə ayaqlaşmaları və yuxarıda sadalanan çətinliklərin öhdəsindən gəlmələri, klaster olaraq adlandırılan sistemlərin tərkibində, digər iqtisadi subyektlərlə aktiv əməkdaşlıq şəraitində xeyli asan və davamlı xarakter daşıyır.

Klasterlər, eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı iş qruplarının müəyyən coğrafi bölgədə cəmləşməsi ilə meydana gələn, ümumi infrastruktur, iş gücü və xidmətləri paylaşaraq qarşılıqlı ticari əlaqə qurmağa, kommunikasiyaya və dialoqa açıq, ümumi fürsət və təhlükələrlə üzləşən kiçik və orta sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

Belə bir sistem çərçivəsində fəaliyyət göstərmələri KOS-lara rəqabət üstünlüyü qazandırır. Eyni zamanda klasterlərdə, KOS-lar arasında həm rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur. Bu halda ingilis dilində, “co-opetition” olaraq ifadə edilən “birlikdə rəqabət” anlayışı ortaya çıxır, yəni klaster daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni klasterdə birlikdə hərəkət edirlər. Burada sahibkarlıq subyektləri və digər iştirakçılar rəqabət üstünlüyü əldə edilməsi üçünmüştərək hərəkət edərək güclü tərəflərini bir araya gətirə bilməlidirlər.

Xüsusilə, yüksək əlavə dəyərin əldə edilməsi, yeniliyin tətbiqi, ixrac potensialının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsində oynadığı mühüm rola görə, bir çox inkişaf etmiş və eləcə də inkişaf etməkdə olan ölkələrdə klasterlərin inkişaf etdirilməsinə və KOS-ların klaster yanaşması ilə dəstəklənməsinə xüsusi əhəmiyyət verilir. Həmçinin, eyni regionda fəaliyyət göstərən iqtisadi subyektlərin bir-birləri ilə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi yolu ilə ümumi olaraq regionların inkişafı hədəflənir.

Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır, araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir, müxtəlif təşviqləri alma və onlardan səmərəli istifadə etmə imkanları yaranır. Bundan əlavə, yeni məhsulların bazara çıxarılması, yeni şirkətlərin qurulması, məşğulluğun yüksəlməsi, regionların inkişafı, infrastruktur xidmətlərinin inkişaf etməsinə səbəb olur.

Klasterlərin iştirakçıları və onlar arasındakı əlaqələr

Klasterlərin formalaşmasında əsasən aşağıda iştirakçılar yer alır:


- Kiçik və orta sahibkarlıq subyektləri
- Xidmət tədarükçüləri (özəl və dövlət)
- Təhsil və araşdırma mərkəzləri
- Sahibkarlıq qrupları, assosiasiyalar
- Böyük sahibkarlıq subyektləri
- Maliyyə qurumları və banklar
- Qeyri hökumət təşkilatları (QHT-lər)
- Dövlət

Klasterdəki iştirakçılar və onlar arasındakı əlaqələr (klaster xəritəsi)




Klasterlər çox müxtəlif struktura malik ola bilərlər. Lakin əsas iştirakçılar qismində son məhsul istehsalçıları, ixtisaslaşmış xammal və ya yarımfabrikat, avadanlıq, ehtiyat hissəsi və digər məhsul və xidmət tədarükçüləri, maliyyə qurumları, müştərilər, ixtisaslaşmış infrastruktur xidməti təminatçıları, təhsil, araşdırma və texniki dəstək təmin edən qurumlar və standartlaşdırma agentlikləri çıxış edirlər.

Comments

Popular posts from this blog

Keyfiyyət nədir?

Bu məqalə 23 iyul 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun hələ də aktual qaldığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim. Ötən əsrin 50‐60‐cı illərinə qədər dünyada, istehsal etdiyi məhsulu rahatlıqla sata bilən istehsalçılar üçün ən əsas məsələ daha çox istehsal edə bilməkdi. “Nə qədər çox istehsal etsəm o qədər çox qazanaram” yanaşması keçərli idi. Bu illərdən sonar əvvəlki hakim anlayış, yerini qiymətə buraxmış, qiymət ən önəmli rəqabət vasitəsi olmağa başlamışdı. 80‐ci illərdən sonar isə gedərək güclənən rəqabət şəraitində istehsalçıların rəqabət üstünlüyü əldə etmələri üçün müraciət etdikləri faktor, “məhsul keyfiyyəti” oldu. Əlbəttə günümüzdə artıq rəqabət üstünlüyü əldə etmək üçün sadəcə “keyfiyyətli məhsul” yetməməkdə, buna əlavə olaraq müştərini məmnun salmaq və sədaqətini artırmaq üçün fərqli metodlardan istifadə edilməkdədir. Bu məqalədə, “keyfiyyət”ə əlavə olaraq istifadə edilən metodları n...

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər və dünya təcrübəsi (2)

Ötən yazımızda , klasterlər, onların iştirakçıları və işləmə mexanizmi haqqında məlumat vermişdik. İndi isə, onların yaranma tarixi və hazırda dünyada mövcud olan klasterlərə nəzər salaq. Klaster yanaşmasının tarixi Hazırkı klaster sisteminin əsasını 19-cu əsrin sonlarında ortaya çıxan “sənaye bölgəsi” təşkil edir. 20-ci əsrdə coğrafi təmərküzləşmə və miqyas iqtisadiyyatı arasındakı əlaqənin fərqinə varan alimlər, müəssisələrin istehsal və logistika xərclərinin yerləşmə ilə birbaşa əlaqəli olduğu qənaətinə gəlmişlər.

Biznesdə əsas rəqabət strategiyaları

Bugün məlum məsələdir ki, ölkədə fəaliyyət göstərən müəssisələrin əksərinin rəqabətqabiliyyətliliyi və dayanıqlılığı istənilən səviyyədə deyil. Bunun da yenə saymaqla bitməyəcək sayda səbələri var. Buradakı yazılarda vaxtaşırı bu səbəblərdən də bəzilərinə toxunmağa çalışacağıq.