Skip to main content

Markanın və Bill Gateslə görüşün əhəmiyyəti

Bu məqalə 12 fevral 2006-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun aktuallığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim.

Marka və  markalaşmaq son illər leksikonumuzda xüsusi yer tutan ifadələr arasındadır. Marka anlayışının sadəcə  bir məhsul loqosu ya da qutunun üstündəki emblemdən ibarət olmadığını da artıq çoxumuz bilirik. Markanı əmələ gətirən fikir və fəaliyyətlərin, bir firmanın kimliyini, gələcək proyektlərini, sektordakı mövqeyini bütünlüklə müəyyənləşdirəcək bir əhəmiyyətdə olması və markalaşma anlayışını daha da önə çıxaracağı artıq şübhə doğurmur.


Dünya bazarında dövlətlərin iqtisadi və mədəni gücü, beynəlxalq arenada marka olmuş məhsul, xidmət və bilgi istehsal edən qurum və şirkətlərindən qaynaqlanır. Digər bir ifadə ilə rəqabətdə dövlətləri məhsul, xidmət və bilgi istehsalında dünya standartlarını müəyyənləşdirən qurum və  şirkətlər əvəz edir. Onların rəqabətdə ən güclü və ən təsirli silahı da, illər içində əmələ gələn və köklü dəyərlərə sahib ad ya da markalarıdır.  İqtisadi və  mədəni dünyadakı uğur və  davamlılıq da böyük bir diqqətlə inşa edilmiş markalara əsaslanır. Bunu anlayan hər bir şirkət, qurum, təşkilat da yeni məhsul və xidmət istehsalına investisiya qoyduğu kimi, firma mədəniyyəti və markalarına da investisiya qoyur. 

Digər tərəfdən, artıq bir məhsul, xidmət ya da biliyin harada istehsal edildiyi deyil, hansı firma, hansı təşkilat tərəfindən, hansı marka ilə bazara çıxarıldığı önəmlidir. İstehlakçı məhsul və xidmətin Amerikada və ya Yaponiyada istehsal edilməsindən çox keyfiyyətinin təminatı olan markasına baxır. Bu səbəbdən, Azərbaycanda da planlı və şüurlu bir şəkildə şirkətlərin markalaşma tədbirlərini həyata keçirmələri zəruridir. Əlbəttə, daxili və xarici bazarlarda markalaşmaq olduqca çətin və uzun bir prosesdir. Bunun üçün olduqca yüksək məbləğlərdə  investisiyalara ehtiyac var. Hal‐hazırda isə, Azərbaycanda qlobal bir marka olmaq üçün lazımi vizyona və  investisiyaya sahib olan firmaların olduğunu söyləmək çox çətindir. Elə buna görə də, maddi investisiyadan çox, intellektual investisiya tələb edən sahələr seçilməlidir.

Bu məqsədlə, digər sektorlarla müqayisədə investisiya xərclərinin nisbətən az olması, buna baxmayaraq yaratdığı “əlavə dəyər”in yüksəkliyi informasiya və texnologiyalar (IT) sektorunu markalaşma baxımından əlverişli edə bilər. Son illərdə  Hindistanın da bu yöndə  atdığı addımlar və  qazandığı uğurlar nümunə olaraq göstərilə bilər. 

Bilindiyi kimi, “Microsoft”, Bill Gatesin universitet təhsilini yarımçıq qoyaraq, kompüter proqramlaşdırması işinə girməsi ilə  ortaya çıxan bir dünya markasıdır. Sənaye cəmiyyətində  güclü markaların böyük fabrikləri, geniş torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri və böyük göydələnləri var idi. Qurucusunu dünyanın  ən zəngin biznesmeninə  çevirən “Microsoft”un gücü isə heç də zəngin təbii ehtiyatlara və böyük maddi sərvətə  əsaslanmırdı. Bu markanın gücünün arxasında yüksək səviyyədə  təhsil görmüş  proqramçılar dayanır. “Microsoft” da həmçinin bina və dəzgahlara deyil təhsilə investisiya qoyur. IT sektoru yüksək intellektual investisiyaya ehtiyac duyduğu üçün daim inkişafa açıq və ekstern faydası çox yüksək olan bir sektordur. Fərqli məhsul və xidmətlərin markalaşması prosesində təbii və maddi ehtiyatlardan daha çox bilgi və texnologiyaya əsaslanan ehtiyatlar effektli rol oynayır.
Ötən həftə  “Microsoft”un qurucusu Bill Gatesin  İstanbula gəlişi və burada dünyadakı ən böyük İnformasiya və Texnologiya mərkəzlərindən birinin qurulması qərarını verməsi, digər tərəfdən, Lissabonda “Microsoft”un dəstəyi ilə  keçirilən 9‐cu “Avropa Hökumət və İnformasiya Texnologiyaları sahəsi üzrə  Rəhbərləri Forumu ‐ 2006” toplantısında, Azərbaycanın Rabitə  və informasiya texnologiyaları nazirinin Bill Gateslə görüşü və  bu zaman “Microsoft”un Cənubi Qafqazda ilk ofisinin Azərbaycanda açılacağının bildirilməsi bizim üçün bir fürsət olaraq görülməlidir. 

Nisbətən subyektiv bir fikir olsa da, məncə bizim ən böyük sərvətimiz heç də neft və ya bənzər təbii ehtiyatlar deyil, yüksək istedada sahib gənclərimizdir. “Microsoft”un Türkiyə və Azərbaycanda belə investisiyaya təşəbbüs etməsi də, regiondakı intellektual potensialın varlığını qəbul etdiyini göstərir. Bu sərvəti isə indidən hazırlanacaq bir strateji planla doğru zamanda, doğru yönə  istiqamətləndirmək lazım gəlir. Burada da üzərimizə  düşən ciddi vəzifələr var. Bu vəzifələr nələr ola bilər? İlk başda, ölkədə IT ilə əlaqədar təhsil verən qurumların keyfiyyətinin yüksəldilməsi və tələb olunan standartlara çatdırılması lazım gəlir. Digər tərəfdən, lazımi təcrübəyə yiyələnmək üçün gənclərin xarici ölkələrə göndərilməsi, Silikon Vadisinin Türkiyədə qurulacaq olması səbəbi ilə hər il ali təhsil üçün bu ölkəyə göndərilən tələbələrin  IT ilə əlaqədar ixtisaslara istiqamətləndirilməsi və sayının artırılması, indidən gələcək üçün böyük əhəmiyyət kəsb edir.

Qlobal bazarda tanınan bir markanın bilgi istehsal edən və ya  IT sektorunda fəaliyyət göstərən qurumlardan çıxa bilmə şansının yüksəkliyini nəzərə alsaq, bu yöndə təhsilə investisiya qoymağın əhəmiyyəti daha rahat anlaşıar. Çünki, bilgi çağında təhsilə bu gün qoyulan investisiya, gələcəklə birlikdə markaya qoyulan investisiyadır.

Comments

Popular posts from this blog

Keyfiyyət nədir?

Bu məqalə 23 iyul 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun hələ də aktual qaldığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim. Ötən əsrin 50‐60‐cı illərinə qədər dünyada, istehsal etdiyi məhsulu rahatlıqla sata bilən istehsalçılar üçün ən əsas məsələ daha çox istehsal edə bilməkdi. “Nə qədər çox istehsal etsəm o qədər çox qazanaram” yanaşması keçərli idi. Bu illərdən sonar əvvəlki hakim anlayış, yerini qiymətə buraxmış, qiymət ən önəmli rəqabət vasitəsi olmağa başlamışdı. 80‐ci illərdən sonar isə gedərək güclənən rəqabət şəraitində istehsalçıların rəqabət üstünlüyü əldə etmələri üçün müraciət etdikləri faktor, “məhsul keyfiyyəti” oldu. Əlbəttə günümüzdə artıq rəqabət üstünlüyü əldə etmək üçün sadəcə “keyfiyyətli məhsul” yetməməkdə, buna əlavə olaraq müştərini məmnun salmaq və sədaqətini artırmaq üçün fərqli metodlardan istifadə edilməkdədir. Bu məqalədə, “keyfiyyət”ə əlavə olaraq istifadə edilən metodları n...

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər və dünya təcrübəsi (2)

Ötən yazımızda , klasterlər, onların iştirakçıları və işləmə mexanizmi haqqında məlumat vermişdik. İndi isə, onların yaranma tarixi və hazırda dünyada mövcud olan klasterlərə nəzər salaq. Klaster yanaşmasının tarixi Hazırkı klaster sisteminin əsasını 19-cu əsrin sonlarında ortaya çıxan “sənaye bölgəsi” təşkil edir. 20-ci əsrdə coğrafi təmərküzləşmə və miqyas iqtisadiyyatı arasındakı əlaqənin fərqinə varan alimlər, müəssisələrin istehsal və logistika xərclərinin yerləşmə ilə birbaşa əlaqəli olduğu qənaətinə gəlmişlər.

Biznesdə əsas rəqabət strategiyaları

Bugün məlum məsələdir ki, ölkədə fəaliyyət göstərən müəssisələrin əksərinin rəqabətqabiliyyətliliyi və dayanıqlılığı istənilən səviyyədə deyil. Bunun da yenə saymaqla bitməyəcək sayda səbələri var. Buradakı yazılarda vaxtaşırı bu səbəblərdən də bəzilərinə toxunmağa çalışacağıq.