Ölkənin əmtəə (xam neft və
qaz) ixracına əsaslanan gəlirlərinin
son illərdə azalması və
manatın 2 dəfədən çox dəyər itirməsi fonunda, başlıqda verilən
sual bəlkə də müstəqillik tarixində
bugünkü qədər aktual olmamışdı.
Bu suala müxtəlif
istiqamətlərdə müxtəlif cavablar axtarmaq, çoxlu obyektiv və
subyektiv səbəblər göstərmək mümkündür. Ancaq burada bu sualın cavabı kimi, çox
maraqlı hesab etdiyim bir araşdırmanın, Azərbaycan
da daxil olmaqla 27 keçid iqtisidiyyatını əhatə
edən real bir tədqiqatın
nəticələrini şərh etmədən bölüşmək
istəyirəm.
2015-ci ildə
‘Management’
(Fransa) jurnalında
çap olunan və 27 keçid iqtisadiyyatından (Mərkəzi
və Şərqi Avropa və
Orta Asiya ölkələri) 23 mindən
çox şirkətin 2002-2009-cu illər
ərzindəki fəaliyyətini əhatə edən bu araşdırmada, Azərbaycan
kimi keçid iqtisadiyyatı ölkələrində yaranan şirkətlərin
xarici bazarlara çıxışı və onların beynəlmiləlləşməsi
prosesi təhlil edilmiş, bu prosesdə
onlara şərait yaradan və
mane olan amillər müəyyənləşdirilmişdir.
Ümumiyyətlə sözügedən
şirkətlərin beynəlmiləlləşməsinə
təsir edən faktorlar; makro mühitlə
bağlı, sektorla bağlı və şirkət və sahibkarlarla əlaqədar
amillər olmaqla 3 qrupa ayrılaraq təhlil
edilmişdir:
Makro mühitlə bağlı
amillər
|
Sektorla
bağlı amillər
|
Şirkət və
sahibkarla bağlı amillər
|
·
İKT infrastrukturu və ona çıxış imkanları
·
Hüquqi güvən(sizlik)
·
Rüşvət halları
·
Ölkənin Avropa İttifaqına
üzv olub-olmaması
|
·
Sektoradakı rəqabət
mühiti, onun səviyyəsi
|
· Müəssisənin ‘elm tutumluluq’ səviyyəsi (R&D xərcləri)
· Əməkdaşların təhsil səviyyəsi
· Daxildəki əlaqələr
· Beynəlxalq
bazarlardakı əlaqələr
|
Araşdırmanın nəticələrindən
məlum olmuşdur ki, ölkədəki
İKT infrastrukturu, hüquqi güvən (güvənsizlik) mühiti, ölkənin
Avropa İttifaqına üzv olub olmaması, ölkə
daxilində şirkətlərin fəaliyyət göstərdiyi sektordakı rəqabətin
səviyyəsi, sahibkarların və
müəssisə əməkdaşlarının təhsil
səviyyəsi, sahibkarların daxili və
xarici bazarlardakı şəxsi əlaqələri ilə onların xarici bazarlara çıxması arasında müsbət
əlaqə mövcuddur.
Bununla belə,
araşdırmada iki mövzuda (şirkətlərin
qarşılaşdıqları rüşvət halları və
onların ‘elm
tutumlu’ olmaları)
maraqlı və gözləniləndən fərqli nəticələr əldə edilmişdir. Belə
ki, şirkətlərin ixrac prosesində
qarşılaşdıqları rüşvət hallarının onların ixrac bazarlarına çıxmalarına
təsir etmədiyi və ‘elm tutumlu’ olmalarının isə onların ixrac potensialını aşağı saldığı məlum olmuşdur.
Sözügedən araşdırmanın nəticələri
hər bir amil üzrə
aşağıdakı kimi qısaca ümmiləşdirilmişdir:
- Ölkədə güclü İKT infrastrukturunun mövcudluğu və bunun şirkətlər üçün əlçatan olması onların beynəlxalq bazarlara çıxmasına müsbət təsir edir.
- Keçid iqtisadiyyatı ölkələrindəki rüşvətin səviyyəsi (müəssisələrin gömrük orqanlarına və digər dövlət qurumlarına müxtəlif rəsmiləşdirmələr, icazələr, lisenziyalar və s. üçün qeyri-rəsmi ödənişlər edib-etməmələri) şirkətlərin xarici bazarlara çıxmasına təsir etmir (nə müsbət nə də mənfi mənada).
- Ölkələrin hüquq sistemindəki güvənsizlik mühiti ilə həmin ölkə şirkətlərinin beyəlmiləlləşməsi arasında birbaşa əlaqə var. Yəni, ölkələrdəki hüququn aliliyi prinsipinin pozulması halları şirkətlərin xarici bazarlara çıxışına mane olur.
- Ölkənin Avropa Birliyinə üzv olub olmaması da onun xarici bazarlara çıxışına birbaşa təsir edir. Belə ki, sözügedən birliyiə üzvlük həmin ölkənin şirkətlərinin xarici bazarlara çıxışına müsbət təsir göstərir.
- Daxili bazardakı rəqabət mühiti də şirkətlərin beynəlxalq bazarlara çıxmasına birbaşa təsiri edir. Ölkələrdə şirkətlərin aid olduqları sektorda rəqabətin səviyyəsi nə qədər yüksəkdirsə onların xarici bazarlara çıxışı da o qədər yüksək nisbətdə olur. Belə ki, daxili bazardakı rəqabət həm şirkətləri yeni fürsətlər axtarmağa stimullaşdırır həm də rəqabətin səviyyəsi onları qlobal səviyyədəki rəqabətə dayanıqlı hala gətirir.
- Digər tərəfdən nəticələrə əsasən sahibkarların və şirkət personalının təhsil səviyyəsi də onların xarici bazarlara çıxışına birbaşa müsbət təsir göstərir.
- Bundan əlavə sahibkarların həm daxili həm də xarici bazarlardakı şəxsi əlaqələri də şirkətlərin ölkə hüdudlarından kənara çıxmalarına köməklik göstərir.
- Araşdırmanın digər bir maraqlı və bəlkə də çoxumuz üçün təəccübləndirici nəticəsi şirkətlərin ‘elm tutumlu’ olma səviyyələri ilə onların xarici bazarlara çıxmaları arasındakı əlaqə ilə bağlıdır bağlıdır. Belə ki, araşdırma nəticəsində məlum olmuşdur ki, keçid iqtisadiyyatındakı şirkətlərin, araşdırma və inkişafa (R&D) qoyduqları investisiya məbləği ilə ölçülən, ‘elm tutumluluq’ səviyyəsi onların xarici bazarlara çıxışına mənfi təsir göstərir. Yəni şirkətlər araşdırma və inkişafa (R&D) nə qədər çox vəsait xərcləyirsə o qədər xarici bazarlara çıxış şansları azalar. Bəs bu nə ilə bağlıdır? Sözügedən tədqiqat bununla əlaqədar dəqiq məlumat toplamasa da, bu nəticəni, keçid iqtisadiyyatlarında biliyə qoyulan invesitiyanın özünü daha uzun müddətdə doğrulda biləcəyi və aşağı gəlirli ölkələrdəki innovasiyaların və araşdırma və inkişafın (R&D) növünün və keyfiyyətinin xarici bazarlara çıxış üçün kifayət etməyə biləcəyi kimi fikirlərlə şərh edir.
Bunlardan əlavə,
araşdırmanın birbaşa mövzusu olmasa da, ölkələr
üzrə xarici bazarlara çıxış imkanı əldə
edən müəssisələrin tədqiqata daxil edilən
şirkətlərin ümumi sayına
olan nisbətlərinə nəzər saldıqda məlum
olur ki, Azərbaycan şirkətləri
27 keçid iqtisadiyyatı arasında yalnız Qazaxıstanı qabaqlayaraq 26-cı yerdə
qərarlaşır. Yəni,
Azərbaycandan araşdırma üçün seçilən
726 şirkətdən yalnız 76-sı və
ya 10%-i xaricə çıxmış və
ya ixrac həyata keçirmişdir.
Müqayisə üçün qonşu dövlətlərə
baxsaq bu nisbətin Ermənistanda 15%, Gürcüstanda isə
14% olduğu məlum olur. Bunun üçün aşağıdakı cədvələ
nəzər salmaq olar.
Araşdırmaya
daxil edilən ölkələr və şirkətlərin sayı və xarici bazarlara çıxma nisbəti haqqında
Keçid iqtisadiyyatları
|
Araşdırmaya daxil edilən şirkətlərin sayı
|
Onlardan xarici bazarlara çıxan (ixrac edən) şirkətlərin sayı
|
%
|
Sloveniya
|
555
|
274
|
49%
|
Xorvatiya
|
1,049
|
402
|
38%
|
Slovakiya
|
603
|
206
|
34%
|
Macarıstan
|
1,030
|
339
|
33%
|
Litva
|
580
|
187
|
32%
|
Serbiya
|
746
|
238
|
32%
|
Estoniya
|
527
|
164
|
31%
|
Bosniya
|
680
|
206
|
30%
|
Çex Rep.
|
808
|
232
|
29%
|
Makedoniya
|
615
|
176
|
29%
|
Bolqarıstan
|
1,646
|
470
|
29%
|
Latviya
|
541
|
136
|
25%
|
Polşa
|
1,773
|
433
|
24%
|
Belarus
|
731
|
175
|
24%
|
Moldova
|
727
|
172
|
24%
|
Albaniya
|
650
|
146
|
22%
|
Rumıniya
|
1,240
|
238
|
19%
|
Ukrayna
|
1,641
|
307
|
19%
|
Ermənistan
|
748
|
113
|
15%
|
Rusiya
|
2,013
|
298
|
15%
|
Qırğızıstan Rep.
|
499
|
73
|
15%
|
Gürcüstan
|
621
|
86
|
14%
|
Monteneqro
|
149
|
19
|
13%
|
Tacikistan
|
651
|
70
|
11%
|
Özbəkistan
|
786
|
84
|
11%
|
Azərbaycan
|
726
|
76
|
10%
|
Qazaxıstan
|
1,242
|
110
|
9%
|
CƏMİ
|
23,577
|
5,430
|
23%
|
Bəlkə də, bu araşdırmanın nəticələri bizim şirkətlər və biznes mühitinin inkişafında maraqlı olan
aidiyyatı qurumlar tərəfindən müvafiq inkişaf strategiyaları müəyyənləşdirilərkən istifadə oluna bilər. Siz necə düşünürsünüz?
Mənbə:
Lamotte, O., & Colovic,
A. (2015). Early internationalization of new ventures from emerging countries:
The case of transition economies. M@n@gement, 18(1), 8-30.
Comments
Post a Comment