Bu məqalə 18 oktyabr 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır.
“Keçid dövrü qurtardı, yoxsa qurtarmadı? Qurtardısa, hansı dövr başladı?” kimi müzakirələrin aparılması, çox zəruridir. Lakin əsas məsələlərdən biri də keçid dövrünün hansı uğurlu nəticə ilə bitib‐bitməməsidir. Yəni biz artıq sərbəst bazar iqtisadiyyatına hazırıqmı? Bu şəraitə bazar iqtisadiyyatının təməl daşlarını təşkil edən şirkətlərimiz hazırdırmı?
Bir anlığa, Azərbaycanda sərbəst bazar iqtisadiyyatının tam mənası ilə formalaşdığını, bütün sahibkarların bərabər rəqabət şərtlərində fəaliyyət göstərdiyini fərz edək. Görəsən, bu gün respublikada fəaliyyət göstərən şirkətlərin, xüsusilə yerli şirkətlərin neçəsi fəaliyyətlərini davam etdirə bilmə qabiliyyətində olacaq? Görəsən, neçə sahibkarımız düzgün strateji qərarları ilə rəqiblərindən fərqlənəcək və rəqabət üstünlüyü əldə edəcək? Görəsən, neçə firmamız ömrünü davam etdirə bilmək üçün yüksək keyfiyyətli məhsulu ən ucuz maliyyətlə istehsal edəcək? Görəsən, neçə şirkətimiz qlobal rəqabətə atılacaq? Görəsən,
neçə şirkətimiz beynəlxalq tenderlərə qatılacaq və onlardan
qalib olaraq ayrılacaq?
Bu gün, ABŞ‐da və eləcədə dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda, şirkətlərin ömürləri üzərində aparılan araşdırmaların nəticəsi, ortalama şirkət ömrünün 15‐20 il olduğunu göstərir. Hətta bir araşdırmaya görə, “Fortune” jurnalının “500 ən böyük” siyahısına daxil olan şirkətlərin belə 25 faizi 10 il içərisində ortadan qalxır. Yəni 10‐15 ilə əvvəl qurulan bir şirkət artıq bu gün yaşamır ‐ ya iflas edir, ya da başqa bir şirkətə satılır. Bizim şirkətlərin də bundan nəticə çıxarması pis olmazdı.
Bu nəticənin müxtəlif səbəbləri arasında ən əsas yeri şirkətlərin “şirkətləşə” bilməməsi və şirkət idarəsinin ailədən ikinci nəslə keçəndə ortaya çıxan problemlər olduğu göstərilir. Bununla yanaşı, informasiya və texnologiya çağının gətirdiyi baş gicəlləndirici dəyişikliklərə elastiki struktura sahib olmamaları səbəbindən uyğunlaşa bilməyən şirkətlər bu dəyişikliyin xaricində qalırlar.
Ümumiyyətlə, Azərbaycandakı firmaların köklü olmaması, ağır, dəyişdirilməsi çətin struktur formaların əmələ gəlməmiş olması səbəbindən, yerli sahibkarlıqlarımız üçün yuxarıda sayılan səbəblərdən, şirkətləşmə məsələsi əsas problem kimi ələ alınmalıdır. Sadəcə, rəsmi qeydiyyatdan keçən şirkət qurmaqla şirkətləşmək mümkün deyil. Şirkətləşmək bir firmada şirkət mədəniyyətinin formalaşması, strukturun qurulması, iş və vəzifə
bölgüsünün açıqca müəyyənləşdirilməsi kimi tədbirləri ehtiva edən bir prosesdir. Bir firmada yerləşmiş və hamı tərəfindən mənimsənilmiş dəyərlər və inanclar şirkət mədəniyyətini əmələ gətirir. Bunun üçün firmaların idarəetmə sahəsində bəzi beynəlxalq prinsipləri qəbul etməsi və bunların firma tərəfindən mənimsənilməsi lazım gəlir. Bunun başında şirkətdə insan olaraq bütün işləyənlərə dəyər verilməsi, müştəriyə ən yaxşı və keyfiyyətli məhsul və xidmətin təklif edilməsinin məqsəd olaraq seçilməsi, komanda çalışmasına əhəmiyyət verilməsi, sosial məsuliyyət anlayışına sahib olunması lazım gəlir.
Hər hansı bir firmada müəyyən dəyər və inancların əmələ gəlməsinə ancaq zaman içərisində, təlimlərin – treninqlərin keçirilməsi və mədəni inkişaf yolu ilə nail olmaq mümkündür. Düzdür, şirkətləşmə prosesi çətin, önündə bir çox əngəlin olduğu, maddi vəsait tələb edən bir prosesdir. Ancaq bütün bu çətinliklərindən öncə bunun bir ehtiyac olaraq hiss edilməsi lazım gəlir ki, bu da sahibkarlarda vizyonu zəruri edir. Bu‐ nun üçün ən başda lider və üst səviyyə idarəçilərin bir vizyona sahib olması, beynəlxalq dəyərləri tanıması və bu dəyərlərə əhəmiyyət verməsi lazım gəlir.
Lüğəti mənası etibarilə vizyon ‐ qabaqcadan görmə qabiliyyəti, arzu, xəyal mənasına gəlir. Strateji idarəetmədə bir termin olaraq vizyon, şəxslərin və ya qurumların, özlərinin və ya firmalarının gələcəkdə olmasını arzu etdikləri yerin ifadəsidir. Digər bir ifadə ilə vizyon, firmaların çatmaq istədikləri gələcəyin təsviridir. Elə buna görə də vizyon firmanın fəaliyyəti ilə əlaqədar tətbiq ediləcək strategiyalara yol göstərəcək yeganə başlanğıc nöqtəsidir. Bu mənada vizyon firmaların bir hədəfə fokuslanmasını və bu hədəfə yönəlməsini təmin edən bir vasitə olaraq göstərilə bilər. Bununla yanaşı vizyon, daha öncədən müəyyənləşdiriləcək strategiyalar ilə qeyri‐müəyyənlik və gözlənilməyən şəraitlərlə üz‐üzə qaldığından firmanın nə etməsi lazım gəldiyini ortaya qoyar.
Dünyada müəyyən səviyyəyə gəlmiş uğurlu firmaların ümumi xüsusiyyətləri, strategiyalarını çevrə şərtlərindəki dəyişikliklərə görə müəyyənləşdirə bilmələri ilə yanaşı müəyyən bir vizyon, məqsəd və hədəfə sahib olmalarıdır. Cəmiyyətlərin, ölkələrin, quruluşların və hətta insanların başarı hekayələri incələndiyində hamısının özlərinə məxsus bir vizyonu olduğunu görürük. İş dünyasından Henry Ford (Ford Motor Co.), Konosuke Matsushita (Matsushita, JVC, Panasonic), Robert Bosh (Bosh), Bill Gates (Microsoft), Michel Dell (Dell Computer) kimi təşəbbüskar və sahibkarların vizyonları sahibi olduqları şirkətlərin beynəlxalq aləmdə böyüməsində və inkişafında əsas rol oynamışdır.
“Rotası olmayan bir gəmi” heç vaxt limana çata bilməyəcəyi kimi, vizyonu bəlli olmayan bir firmanın da xaosa, uğursuzluğa yönəlməsi gözləniləndir. Belə firmaların təsadüflərlə uğur qazanmasını, böyüməsini gözləmək səhvdir. Vizyonun mövcudluğu və ya müəyyənləşdirilməsi birbaşa sahibkar və ya üst səviyyəli idarəçidən asılıdır. Vizyonun mənimsənilməsi və həyata keçirilməsi üçün bir liderə ehtiyac duyulur. Vizyoner lider adlandırılan bu adamların əsas xüsusiyyətləri insanları həyəcanlandıraraq, performanslarını üst səviyyədə tutmalarıdır. Vizyon işçilərin bir hədəfə yönləndirilərək motivasiyalarının artırılmasına da köməklik göstərir. Yuxarıda adlarını saydığımız insanların güclü vizyon sahibi olduqları isə şübhəsizdir.
Gələcəkdə, sərbəst bazar iqtisadiyyatının qanunlarının tam mənası ilə tətbiq edildiyi mühitdə hansı şirkətlərin ömürlərini davam etdirə biləcəkləri sualına gəldikdə isə gələcəyini indidən düşünən, bunun üçün lazımi strategiyaları müəyyənləşdirən, yəni strateji düşünmə qabiliyyətinə sahib olan, özünü gələcəkdə‐ 20 il, 30 il, hətta 50 il sonra görmək istədiyi yeri zehnində canlandıran və bunu yazılı hala gətirərək işçiləri tərəfindən də mənimsənilməsinə nail olan, ona görə də zamanında şirkətləşmə ehtiyacını hiss edən və bu yöndə addımlar atan, bunun üçün işçilərin lazımi təlim‐treninq ehtiyacını zamanında müəyyənləşdirən və bunu gerçəkləşdirən, qısamüddətli gəlirlərin yerinə uzunmüddətli rentabelliyi hədəfləyən sahibkarlara ‐ yəni vizyon sahibi sahibkarlara, liderlərə sahib olan firmalar uzunömürlü olacaqlar.
Çevrənizdəki sahibkarlar və ya liderlər güclü vizyona sahibdirmi? Və ya içində işlədiyiniz təşkilatın ‐ firmanın vizyonundan siz də xəbərdarsınızmı? Siz də o vizyonu mənimsəmisinizmi? Bunlara cavabınız “bəli” isə demək, firmanız sərbəst bazar iqtisadiyyatı şəraitində yüksək rentabelliliklə fəaliyyət göstərməyə ən güclü namizəddir. Azərbaycanın qeyri‐neft sektorunu inkişaf etdirə bilməsi üçün xarici rəqabətdən qorxmayan vizyon sahibi şirkətlərə ehtiyacı var.

Comments
Post a Comment