Skip to main content

Posts

Showing posts from October, 2016

Biznesdə əsas rəqabət strategiyaları

Bugün məlum məsələdir ki, ölkədə fəaliyyət göstərən müəssisələrin əksərinin rəqabətqabiliyyətliliyi və dayanıqlılığı istənilən səviyyədə deyil. Bunun da yenə saymaqla bitməyəcək sayda səbələri var. Buradakı yazılarda vaxtaşırı bu səbəblərdən də bəzilərinə toxunmağa çalışacağıq.

Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışına nə mane olur?

Ölk ə nin ə mt əə (xam neft v ə qaz) ixracına ə saslanan g ə lirl ə rinin son ill ə rd ə azalması v ə manatın 2 d ə f ə d ə n çox d ə y ə r itirm ə si fonunda, başlıqda veril ə n sual b ə lk ə d ə müst ə qillik tarixind ə bugünkü q ə d ə r aktual olmamışdı. Bu suala müxt ə lif istiqam ə tl ə rd ə müxt ə lif cavablar axtarmaq, çoxlu obyektiv v ə subyektiv s ə b ə bl ə r göst ə rm ə k mümkündür. Ancaq burada bu sualın cavabı kimi, çox maraqlı hesab etdiyim bir araşdırmanın, Az ə rbaycan da daxil olmaqla 27 keçid iqtisidiyyatını ə hat ə ed ə n real bir t ə dqiqatın n ə tic ə l ə rini ş ə rh etm ə d ə n bölüşm ə k ist ə yir ə m.

Kriz vaxtı dəyişmək

Ümumiyyətlə əksər müəssisələr (şirkət, təşkilat, qurum və s.) fəaliyyətlərinin davamlı olması, yəni daha uzun ömürlü olmaları üçün ətraf mühitdə* baş verən yenilik və dəyişiklikləri nəzərə alır, özlərini yeni mühitə uyğunlaşdırırlar. Yəni özləri də dəyişir. Dəyişməyənlər ya da dəyişə bilməyənlər isə iflas olur və bazardan çıxırlar. Dəyişməyin isə müxtəlif yolları olur, hər müəssisə özünəməxsus formada dəyişiklik yolu seçir. Ancaq ümumi baxanda bu müxtəlif yollar biznes kitablarında 4 qrupda ifadə edilir.

Yeni dövrə biz hansı şirkətlərlə gedirik?

Bu məqalə 18 oktyabr 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. “Keçid dövrü qurtardı, yoxsa qurtarmadı? Qurtardısa, hansı dövr başladı?” kimi müzakirələrin aparılması, çox zəruridir. Lakin əsas məsələlərdən biri də keçid dövrünün hansı uğurlu nəticə ilə bitib‐bitməməsidir. Yəni biz artıq sərbəst bazar iqtisadiyyatına hazırıqmı? Bu şəraitə bazar iqtisadiyyatının təməl daşlarını təşkil edən şirkətlərimiz hazırdırmı?

Keyfiyyət nədir?

Bu məqalə 23 iyul 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun hələ də aktual qaldığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim. Ötən əsrin 50‐60‐cı illərinə qədər dünyada, istehsal etdiyi məhsulu rahatlıqla sata bilən istehsalçılar üçün ən əsas məsələ daha çox istehsal edə bilməkdi. “Nə qədər çox istehsal etsəm o qədər çox qazanaram” yanaşması keçərli idi. Bu illərdən sonar əvvəlki hakim anlayış, yerini qiymətə buraxmış, qiymət ən önəmli rəqabət vasitəsi olmağa başlamışdı. 80‐ci illərdən sonar isə gedərək güclənən rəqabət şəraitində istehsalçıların rəqabət üstünlüyü əldə etmələri üçün müraciət etdikləri faktor, “məhsul keyfiyyəti” oldu. Əlbəttə günümüzdə artıq rəqabət üstünlüyü əldə etmək üçün sadəcə “keyfiyyətli məhsul” yetməməkdə, buna əlavə olaraq müştərini məmnun salmaq və sədaqətini artırmaq üçün fərqli metodlardan istifadə edilməkdədir. Bu məqalədə, “keyfiyyət”ə əlavə olaraq istifadə edilən metodları n...

Markanın və Bill Gateslə görüşün əhəmiyyəti

Bu məqalə 12 fevral 2006-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun aktuallığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim . Marka və  markalaşmaq son illər leksikonumuzda xüsusi yer tutan ifadələr arasındadır. Marka anlayışının sadəcə  bir məhsul loqosu ya da qutunun üstündəki emblemdən ibarət olmadığını da artıq çoxumuz bilirik. Markanı əmələ gətirən fikir və fəaliyyətlərin, bir firmanın kimliyini, gələcək proyektlərini, sektordakı mövqeyini bütünlüklə müəyyənləşdirəcək bir əhəmiyyətdə olması və markalaşma anlayışını daha da önə çıxaracağı artıq şübhə doğurmur.

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər və dünya təcrübəsi (2)

Ötən yazımızda , klasterlər, onların iştirakçıları və işləmə mexanizmi haqqında məlumat vermişdik. İndi isə, onların yaranma tarixi və hazırda dünyada mövcud olan klasterlərə nəzər salaq. Klaster yanaşmasının tarixi Hazırkı klaster sisteminin əsasını 19-cu əsrin sonlarında ortaya çıxan “sənaye bölgəsi” təşkil edir. 20-ci əsrdə coğrafi təmərküzləşmə və miqyas iqtisadiyyatı arasındakı əlaqənin fərqinə varan alimlər, müəssisələrin istehsal və logistika xərclərinin yerləşmə ilə birbaşa əlaqəli olduğu qənaətinə gəlmişlər.

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər (1)

Sahibkarlığın inkişafında klaster yanaşması Dünyadakı qlobal rəqabət şəraitində kiçik və orta sahibkarlığın (KOS) ayrılıqda rəqabətə davamlılığını təmin etmək, o cümlədən, xammal əldə etmə, istehsal prosesində yenilik tətbiq etmə, marketinq, məhsulların bazara çıxarılması və s. mövzularda çətinliklərinin aradan qaldırılması olduqca çətindir.